Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda xəstə əməliyyat masasında öldü

© Sputnik / Varvara Gertye / Fotobanka keçməkХирургическая операция, фото из архива
Хирургическая операция, фото из архива - Sputnik Azərbaycan
1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib

BAKI, 19 dekabr — Sputnik. Bakıda özəl klinikada daha bir ölüm faktı baş verib. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Hadisə paytaxtda fəaliyyət göstərən "Grand Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала