Böyük öndərin həyat yoldaşının qəbri bərpa edildi

© Photo : PUBLİC DOMAİNMəmməd Əmin Rəsulzadə
Məmməd Əmin Rəsulzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Könül Şamilqızı: "Məzarın sadə olmasını mən istədim"

BAKI, 19 dekabr — Sputnik. Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin bir neçə müddət öncə Türkiyədə tapılan məzarı bərpa olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bir müddət öncə qəbri tapan və bərpa edilməsi üçün işlər görən jurnalist Könül Şamilqızı sosial şəbəkədə məlumat yazıb. O qeyd edib ki, məzar Azərbaycan Kültür Dərnəyinin dəstəyi ilə bərpa olunub:

"Məzarın sadə olmasını mən istədim. Sağ olsunlar, fikrimi soruşdular, mən də Leyla xanım kimi sadə və zərif olsun dedim. Bir də üstündə həmişə çiçəklər olmasını istəyirəm. Çox xoşbəxtəm və qürurluyam".

Xəbər lenti
0