Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qadınların erkən ölümünün əlaməti tapılıb

CC BY 2.0 / Walt Stoneburner / She Captured My HeartСилуэт женщины, фото из архива
Силуэт женщины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
On il ərzində 6448 nəfər bu problemlə dünyasını dəyişib

BAKI, 19 dekabr — Sputnik. Qadınlarda erkən ölümün əlamətləri müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər veri ki, Amerika alimləri belə qərara gəlib ki, qadınlarda narahat ayaq sindromu, yəni uzanan və oturan zaman ayağın aşağı hissələrində xoşagəlməz hisslər ürək-damar xəstəlikləri ilə bağlı ölüm halı riskinin artması ilə əlaqədardır. 

Lift - Sputnik Azərbaycan
CƏMİYYƏT
AMAY-da dəhşətli ölüm: gənc oğlan liftin arasında qaldı

Mütəxəssislərin bu barədə məqaləsi "Neurology" jurnalında işıq üzü görüb. Alimlər uzun zaman ərzində 57417 orta yaşlı qadın üzərində apardıqları araşdırma zamanı bunu müəyyən edib.

2002-ci ildən başlayaraq könüllülərə sorğu göndərilib. Sorğuya əsasən, onlar sağlamlıq vəziyyətlərini qeyd etməli, bununla yanaşı onlarda narahat ayaq sindromu və ürək-damar sistemi xəstəliyi olub-olmadığını bildirməli idi.

Müəyyən edilib ki, narahat ayaq sindromu rast gəlinən qadınlarda ürək-damar sistemi xəstəliklərindən ölüm riski bu problemi yaşamayanlardan 43 faiz çoxdur. Sindromun xərçəng və ya digər xəstəliklərlə əlaqəsi müəyyənləşdirilməyib. Nəticələrə görə, 10 il ərzində 6448 nəfər bu preoblemlə dünyasını dəyişib.

Xəbər lenti
0