Nazirə məktub: Rus qızlarını və "Vodka"nı görəndə tələsmə, özünü saxla

© Sputnik / Mediabanka keçidРеферендум в Британии по сохранению членства в ЕС
Референдум в Британии по сохранению членства в ЕС - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərənin xarici işlər naziri Boris Conson qəribə hərəkətləri və qeyri-adi saç modeli ilə tanınır

BAKI, 19 dekabr — Sputnik. "Boris! Moskvaya gedirsənsə, rus qızlarını və "Vodka"nı görəndə özünü saxlamalısan". Sputnik xəbər verir ki, bunu İngiltərənin "Fəhlə" partiyasından olan millət vəkili Kris Braynt "The Times" jurnalında xarici işlər naziri Boris Consona açıq məktubunda yazıb.

"Rusiyaya gedirsənsə, diqqətli olmalısan. Əgər Federal Təhlükəsizlik Xidmətinin (FSB) səni izləməsini istəmirsənsə, üstündə telefon gəzdirmə. Əvvəlcədən rezervasiya elədiyin oteldə qalma, ya da heç olmasa otağı dəyiş. Çünki sən içəriyə keçməzdən əvvəl kameralar çoxdan quraşdırılmış olacaq. Rus qızları çox gözəldir. Səni utandırmaq istəyəcəklər. Bilirəm, çəkinmək sənə görə deyil. Amma unutma ki, sən Britaniyanın xarici işlər nazirisən. Özünü saxla. Vodka və qız görəndə tələsmə" — Braynt qeyd edib.

Qeyd edək ki, İngiltərənin xarici işlər naziri Boris Conson qəribə hərəkətləri və qeyri-adi saç modeli ilə tanınır. Rəsmi məlumat olmasa da, dekabrın 21-də nazirin Moskvaya səfər edəcəyi gözlənilir.

Xəbər lenti
0