BAKI, 19 dekabr — Sputnik. Fransada Xarici İşlər və Daxili İşlər nazirliklərinin binalarında siçovullar peyda olub.
Bu barədə "Report" "France Info"ya istinadən xəbər verir.
Telekanalın məlumatına görə, daxili işlər naziri Jaklin Quro və hökumətin rəsmi nümayəndəsi Kristof Kastanerin kabinetlərində siçovullar tüğyan edir.
Fransa XİN-də siçovullarla mübarizə üçün iki — Nomi və Noe adlı pişikləri işə qəbul ediblər.