CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimələrdən yığılan vəsaitin bir hissəsi məmurlara çatacaq

© Sputnik / Anar MustafayevЖенщина с мобильным телефоном и деньгами в руке, фото из архива
Женщина с мобильным телефоном и деньгами в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İcra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsi gücləndirilir

BAKI, 19 dekabr — Sputnik. Torpaq Məcəlləsinin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bundan sonra cərimənizi ödəməsəniz…

"4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

Qanun layihəsində deyilir ki, bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Qanun layihəsi Torpaq Məcəlləsinin tələblərinə daha ciddi əməl olunması və bu sahədə hüquqpozmaların qarşısının alınması, eləcə də torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı mübarizə aparan müvafiq icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə hazırlanıb.

Məcəllənin 110-cu maddəsinə əsasən, "bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar".

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaradan hallar isə İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrində (o cümlədən 245-ci, 246-cı, 247-ci, 248-ci maddələrdə və sair) nəzərdə tutulub. Həmin xətalara görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi qanunun tətbiqinə dair fərmanla müəyyən olunacaq müvafiq icra hakimiyyəti orqanlarının hesabına köçürüləcək və orada işçilərin sosial müdafiəsinə yönəldiləcək. Eləcə də vəsaitlərdən səmərəli və şəffaf istifadəni təmin etmək üçün bu vəsaitlərin bölgüsü və istifadə qaydası müəyyən ediləcək.

Qeyd edək ki, dekabrın 15-də keçirilən Milli Məclisin plenar iclasında Torpaq Məcəlləsinin 45-ci maddəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0