CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərenerji" yoxlamadan keçə bilmədi

© Sputnik / Murad OrujovAzərenerji ASC-nin baş ofisi
Azərenerji ASC-nin baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib

BAKI, 19 dekabr — Sputnik. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib. Bu barədə Sputnik Azərbaycan-a palatasının mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunmuş, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub. 

Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Palata Gömrük Komitəsinin fəaliyyətində nöqsanlar aşkarlayıb

Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən hər səhmə düşən divident məbləğinin azaldığı müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilən tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat "Azərenerji" ASC-yə göndərilib.

Kollegiya Qərarında "Azərenerji" ASC tərəfindən "Şirvan İES" MMC və "Bakı İEM" MMC tərəfindən istehsal olunan enerjinin iqtisadi göstəricilərinin aşağı olması, hər iki stansiya üzrə maddi resurslardan məhsuldar və daha səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi də öz əksini tapıb.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Xəbər lenti
0