Daha 40 müsəlman kəndinə od vuruldu

© REUTERS / Marko DjuricaArakanda müsəlmanlara aid kənd
Arakanda müsəlmanlara aid kənd - Sputnik Azərbaycan
Abunə olmaq
Başda Amerika Birləşmiş Ştatları olmaqla, Avropa İttifaqı və digər beynəlxalq qurumlar müsəlmanlara qarşı soyqırımı sadəcə qınamaqla kifayətlənirlər

BAKI, 18 dekabr — Sputnik. Arakanda müsəlmanlara aid kəndlərə od vurulub. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, buddist quldurlar Myanma ordusunun dəstəyilə müsəlman əhalinin yaşadığı kənd və qəsəbələrə basqın edib.

Məlumata görə, son bir neçə gündə daha 40 kənd yandırılıb. Artıq avqustun 25-dən bu günədək 354 kənd yandırılaraq məhv edilib. Beynəlxalq İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, son 3 ayda minlərlə müsəlman qətlə yetirilib. Bir milyondan çox insan isə qonşu ölkələrə sığınıb.

Qeyd edək ki, buddistlərin müsəlmanlara qarşı qətliamı başlamazdan əvvəl Myanmada 2 milyon müsəlman əhali yaşayırdı. Hazırda bu rəqəm 350 min nəfərdir.

Başda Amerika Birləşmiş Ştatları olmaqla, Avropa İttifaqı və digər beynəlxalq qurumlar müsəlmanlara qarşı soyqırımı sadəcə qınamaqla kifayətlənirlər.

Xəbər lenti
0