İsrail vətəndaşları küçələrə axışdı

© REUTERS / Amir Cohenİsraildə mitinq
İsraildə mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
Təl-Əvivin Rotşild bulvarına toplaşan nümayişçilər Netanyahunun istefasını və həbsini tələb ediblər

BAKI, 18 dekabr — Sputnik. Dünən İsraildə minlərlə insan haqqında korrupsiya ilə bağlı istintaq başladılan baş nazir Benyamin Netanyahu əleyhinə etiraz aksiyası keçirib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, paytaxt Təl-Əvivin Rotşild bulvarına toplaşan nümayişçilər Netanyahunun istefasını və həbsini tələb ediblər. Nümayişçilər oradan Habima meydanına qədər yürüş ediblər.

Qeyd edək ki, Benyamin Netanyahu barəsində "iş adamlarından rüşvət almaq, media quruluşlarında öz lehinə xəbərlər nəşr etdirmək, Almaniyadan gətirilən sualtı gəmilərin alışı zamanı mənimsəməyə yol vermək" iddiaları ilə cinayət işi açılıb.

Baş nazirin həyat yoldaşı Sara Netanyahu da istintaq çərçivəsində polisə ifadə verib. Haqqındakı iddiaları qəbul etməyən Benyamin Netanyahu ölkədəki bəzi media quruluşlarını iqtidarı zorla devirməyə cəhddə ittiham edir.

Xəbər lenti
0