Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ər-arvad-sevgili cinayətinin təfərrüatı üzə çıxdı

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərinin sevgilisini bıçaqlayan qadın polis gələnə qədər hadisə yerini tərk etməyib

BAKI, 18 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində iki qadının davası bıçaqlama ilə nəticələnib. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Удар ножом, фото из архива - Sputnik Azərbaycan
Bakıda kişi üstündə dava: qadın ərinin sevgilisinə altı bıçaq zərbəsi vurdu

Hadisə 12-ci polis bölməsinin ərazisi olan İlyas Aslanov küçəsində baş verib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Günay Xanbaba qızı Əliyeva əri Əliyarın (soyadı məlum deyil) sevgilisi olan, 1994-cü il təvəllüdlü Aynurə Fazil qızı Babayevaya qısqanclıq zəminində çoxsaylı (6) bıçaq zərbələri vurub.

Ərinin onu aldatdığını bilən Əliyeva rəqibinin telefon nömrəsini əldə edərək şəhərdəki parklardan birində onunla görüş təyin edib. Ərinin sevgilisi təyin olunmuş vaxtda razılaşdırılmış yerə gəlib. Qadınlar münasibətlərinə aydınlıq gətirməyə başlayıblar.

Elə bu vaxt Əliyevanın əri sevgilisinə zəng edib. Babayeva Əliyevaya acıq vermək üçün zəng edən abonentin nömrəsini ona göstərərək deyib: "Budur, bax, sənin ərin zəng edir".

Əliyeva əvvəlcədən cibinə qoyduğu bıçağı çıxararaq rəqibinə hücum edib. Hər şey onunla qurtarıb ki, zərərçəkəni 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar, Əliyevanı isə polis saxlayıb. Zərərçəkənin ifadəsini almaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, Əliyeva gizlənməyə cəhd göstərməyib və polis hadisə yerinə gələnə qədər gözləyib. Əliyevanın azyaşlı övladı var. Bədənə ağır xəsarət yetirməyə görə, ona qarşı AR Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0