Nadir İsrafilov: “Problemləri həll etmək üçün dünya təcrübəsindən yararlanmaq lazımdır”
Azərbaycan prezidenti İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a deyir ki, dünya miqyasında sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə qazandırılması, əmək fəaliyyətinə cəlb olunması üçün işlər görülür:
“Bizdə də bu sahə diqqət mərkəzindədir. Bu insanlar ölkə vətəndaşlarıdır. Onları cəmiyyətdən ayırmaq, təcrid etmək məntiqə sığmır”.