Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əli Həsənovun nəvəsinə hökm oxundu

© Sputnik / Murad OrujovBakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 18 dekabr — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində qərar verib. Sputnik Azərbaycan xəbər verir ki, Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nail Allahverdiyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Komitə sədrinin nəvəsi ədalət istəyir: "Barəmdə yazılanlar yalandır"

O, Cinayət Məcəlləsinin 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) və 263.3-cü (yol hərəkəti qaydalarını pozma — iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirli bilinirdi.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.

Nəticədə maşın yanıb. Üstəlik iki nəfər — avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada — Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.

Dekabrın 18-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramin Nağdəliyev məhkəmədən Allahverdiyevin işindən 264-cü maddənin (Yol nəqliyyat hadisəsi yerindən qaçma) çıxarılmasını xahiş edib və müttəhimə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Nail Allahverdiyevin müdafiəsinin onun hadisə yerindən qaçmadığı və bu barədə ittihamın özünü doğrultmadığı ilə bağlı qaldırdığı vəsatəti təmin edərək məhkəmə müttəhimi AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilməyib.

Qeyd edək ki, ölkədə böyük rezonans doğurmuş qəzadan 3 gün sonra — avqustun 6-da Mazda markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov saxlanılıb. Nərimanov rayon məhkəməsi onun haqqında 1 aylıq inzibati həbs qərarı seçib. Allahverdiyev də elə həmin gün saxlanılıb. Xətai rayon məhkəməsi onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xəbər lenti
0