CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANS-i hansı telekanal əvəz edəcək?

© Sputnik / Mikhail VoskresenskyTeleviziya
Televiziya - Sputnik Azərbaycan
Abunə olmaq
Baku Art Lab" MMC, "Türkel TV" MMC, "Media Master" MMC müsabiqəyə sənədlərini təqdim edib

BAKI, 18 dekabr — Sputnik. Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.

Sputnik Azərbaycan Milli Televiziya və Radio Şurasının rəsimi saytına istinadən xəbər verir ki, qeyd olunan müddətdə 3 iddiaçı – "Baku Art Lab" MMC, "Türkel TV" MMC, "Media Master" MMC müsabiqəyə sənədlərini təqdim edib. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Xəbər lenti
0