BAKI, 17 dekabr — Sputnik. Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili tərəfdarlarını Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını tərk etməyə və Azadlıq meydanına qayıtmağa çağırıb.
Sputnik Azərbaycan bildirir ki, APA-nın verdiyi məlumata görə, Saakaşvili hüquq-mühafizə orqanlarının sarayın daxilində konsert keçirildiyini bildirdiyini söyləyib.
Saakaşvili günahsız insanların zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa çağırıb.