BAKI, 17 dekabr — Sputnik. Pakistanda 4 terrorçu-kamikadzenin ibadət zamanı özlərini protestant kilsəsində partlatması nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Geo TV və "Down" qəzetinin məlumatında bildirilir.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Bundan əlavə, partlayış baş verən ərazidə atəş səsləri eşidilir.
Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaz Buqti bildirib ki, terrorçulardan biri kilsə yanında zərərsizləşdirilib.