Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elcan Rəsulov: "Elə eksklüziv söyərəm ki, evə gedənə kimi yadından çıxmaz"

© Sputnik / Taleh MahmudovElcan Rəsulov
Elcan Rəsulov - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu rəqabətdə seçilib, sevilmək üçün mütləq şəkildə nəsə etmək lazımdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Son zamanlar yaratdığı obrazlar ilə tamaşaçıların sevgisini qazanan aktyor Elcan Rəsulov Sputnik Azərbaycan-ın qonağı olub. Gənc aktyor oxucuların suallarını cavablandırıb.

— Bu gün Azərbaycanda aktyor peşəsindəki vəziyyətdən razısız?

— Hər kəs öz işinə görə cavab verir. Yaşlı nəslin nümayəndələri həmişə deyirdi ki, o vaxtı tanınmaq, özünü təsdiq etmək çətin idi. İndi isə asandır. Mən düşünmürəm ki, bu gün tanınmaq və aktyor kimi sevilmək rahat başa gəlsin. Hazırda 5-6 telekanal var, hər birində də bir neçə serial nümayiş olunur. Hər serialda da ən azı 30 aktyor iştirak edirsə, görün eyni anda neçə aktyor edir. Deməli, bu rəqabətdə seçilib, sevilmək üçün mütləq şəkildə nəsə etmək lazımdır. Bu da çox çətindir. Mən bu sənətə 6-cı sinifdən başlamışam və müsabiqələrdə dəfələrlə qalib gəlmişəm, amma 30 yaşında məşhurlaşmışam. Bir sözlə, biz hələ inkişaf edirik. 

Арест, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı aktyor ağır cinayət törədib

— Qeyri-peşəkar aktyorlarla bir səhnəni bölüşmək sizin üçün çətin deyil?

— Əlbəttə, çətindir. Bir dəfə film çəkilişində bunun əziyyətini çəkmişəm. Çalışırsan ona nələrsə öyrədəsən ki, normal çəkiliş alınsın. Amma alınmır. Və bu da ümumi işin keyfiyyətinə təsir edir. Bir tərəfdən də rejissorları qınamaq olmur. Hər bir rejissor çəkdiyi filmin keyfiyyətli olmasını istər. Amma şərait və imkanlar buna əl vermirsə, bəzən rejissor qeyri-peşəkarları da işə cəlb etmək məcburiyyətində qalır.

— Elcan Rəsulovu məşhurlaşdıran "Baba" obrazı oldu.

— Mən hər iş görürdüm, amma bu cür tanınmırdım. İllər keçdi, bir obraz ilə istedadımı göstərə bildim və böyük kütlədə tanındım. Əslində, verilişlərin birində illər əvvəl cənubi azərbaycanlı həkim obrazını canlandırmışdım. Rejissor İlham Qasımov məni görüb və bəyənib. Bir gün zəng etdi ki, film çəkmək istəyirik. Cənubi azərbaycanlı rolunu oynaya bilərsən? Mən də razılaşdım. Beləliklə "Baba" obrazı ilə tanındım.

— "Ər və arvad" verilişi efirə gedəndən sonra sizin Kəmalə Piriyevayla real həyatda da evli olduğunuzu sayırlar. Hətta obrazların adı ilə müraciət edirlər. Reaksiyanız necə olur? 

Elvin Mirzəzadə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İki aya 7 milyon yığan müğənni: "Acqarına sənət nümayiş etdirə bilmərəm"

— Normal. Əgər bir aktyoru obrazı ilə tanıyıb çağırırlarsa, deməli bu, aktyorun uğurudur. Çox yaxşı qarşılayırıq. Mən buna sevinirəm.

— Siz özünüzü peşəkar aktyor sayırsınız?

— Əlbəttə yox.

— Elə obraz olub ki, məcburiyyətdən oynamısız?

— Ola bilər televiziya verilişlərində belə hal olub. Amma filmlərdə oynamamışam. Əksinə, mənə gələn təkliflərin ən yaxşısını seçməyə çalışıram.

— Bu günə kimi hansı obrazı oynamaqdan imtina etmisiz? 

Hikmət Rəhimov (solda) və Rasim Cəfər - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"

— "Oğlan evi 1" filmi bitəndən sonra mənə bir filmdə ayıq sürücü oynamaq təklifi gəldi. Qəbul etmədim. Çünki Fərda Xudaverdiyev onu mükəmməl oynamışdı. Bir müddət zaman lazımdır ki, bunun abı-havası getsin və yenidən oynayaq.

— Jurnalistlərə münasibətiniz necədir?

— Bir müddət əvvəl hamı jurnalist olmuşdu. Hərə bir jurnal dərc edirdi, olurdu baş redaktor. İndi də hamının saytı ver. Ölkədə 10-15 sayt mövcuddur ki, onlar konkret maliyyələşir və jurnalistlərə maaş verə bilir. Amma ölkədə 500-dən çox sayt mövcuddur. Bu qədər sayt necə dolanır?! Bir neçə gün öncə gecə saat 02:00-da çayxanaya gedirəm. Biri mənə yaxınlaşıb deyir ki, saytımız üçün eksklüziv nə deyə bilərsiniz? Əsəbiləşdim və cavabında dedim ki, "səni elə eksklüziv söyərəm ki, evə gedənə kimi yadından çıxmaz".

— Azərbaycanda aktyor ildə bir filmə çəkilib, bir il oradan aldığı qonorarla yaşaya bilər?

— Mən həm serialda çəkilirəm, həm də… sənətkarı xalq dolandırır.

— Rejissorun dediyi ilə oynayan aktyorsuz, yoxsa öz bildiyiniz kimi oynayan? 

Müğənni Roza Zərgərli - Sputnik Azərbaycan
Zərgərli: “Biz öz sənətçilərimizə dəyər vermirik”

— Əlbəttə, rejissorun dediyi ilə oynayan aktyoram. Çünki rejissor məni necə görürsə, o cür oynamalıyam. Amma icazə verərsə, bəzi təkliflər irəli sürüb ssenariyə salmaq olar. İcazə verməsə, yox.

— Sizə görünüşünüzə görə təkliflər gəlir, yoxsa istedadınıza?

— Mənim görünüşüm elədir ki, nə aşırı kök deyiləm, məhz belə obrazlar oynayım, nə də çox arıq deyiləm, model görünüşümə görə dəvətlər alım. Məni istedadıma görə çəkilişlərə dəvət edirlər.

Xəbər lenti
0