BAKI, 16 dekabr — Sputnik. Türkiyədə saxlanılan terrorçu polis bölməsində intihar edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə Alanyaya avtobusla gələn 24 yaşlı M.A. yoxlanış zamanı saxlanılıb. PKK-çı olduğu və uzun müddət dağlarda qaldığı müəyyən edilən M.A. polis bölməsinə gətirilsə də, o, özünü 3-cü mərtəbədən ataraq intihar edib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq başlayıb.