BAKI, 16 dekabr — Sputnik. Aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov pr-ti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, sürücülər qeyd olunan saatlarda sözügedən yolda diqqətli olsalar yaxşı olar.