BAKI, 16 dekabr — Sputnik. Silah kuryerliyi ilə məşğul olan gənc qız həbs edilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə 7 tapança ilə avtobusa minən 21 yaşlı universitet tələbəsi Banu A. və ona silahları verən 38 yaşlı şəxs həbs edilib. 6 tapançanın çantasında və birini də alt paltarında daşıyan qız polislər tərəfindən zərərsizləşdirilib və həbs edilib. Silahların 200 min lirə qiyməti olduğu bildirilir.
Pul qarşılığında kuryerlik edən qız həbs edilib və silahlar polislər tərəfindən götürülüb.