BAKI, 16 dekabr — Sputnik. Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya məktub göndərib.
"Report" xəbər verir ki, bu barədə "TCN" mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoya məktub var. Mişa (Mixail — red) deeskalasiya təklif edir" — deyə mənbə bildirib.
Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər.
Qeyd edək ki, Mixail Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Petro Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik" — deyə Saakaşvili əlavə edib.