Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qışda dərini necə qoruyaq?

CC0 / Free-Photos / girlSoyuqdan qorumağa çalışan qız
Soyuqdan qorumağa çalışan qız - Sputnik Azərbaycan
Abunə olmaq
Çalışın ki, soyuq havalarda dərinizə uyğun nəmləmdirici kremlərdən istifadə edəsiniz

BAKI, 16 dekabr — Sputnik. Dəyişən hava şərtləri, soyuq və küləkli havalar, kondinsioner və kombilərin təsiri, kompüter qarşısında keçirilən saatlar dərimizi zəiflədir. Sputnik Azərbaycan xəbər verir ki, qış aylarında hava soyuduğu üçün dəri, bədən istiliyinin itirilməməsi, azalmaması üçün qan dövranını azaldır, tər və yağ vəziləri daha yavaş çalışır. Qan dövranı yavaşıdığı üçün dərinin tələb etdiyi antioksidantları və qidalandırıcı maddələri qəbul etməsi çətinləşir. Dəri quruyur, yağ itirməyə başlayır. Bu da dərinin həssaslaşmasına, xarici təsirlərə qarşı özünü qoruya bilməməsinə gətirib çıxarır. Dəri qızarır, qaşınır, rəngini dəyişir. Lipid bareyir adalan qoruyucu təbəqə nazilir. Dərinin elastikliyi azalır. Çatlayıb qabıq verməyə başlayır.

Belə bir şəraitdə dərinin qulluğa ehtiyacı olur. Buna görə də də qışda dəriyə xüsusi qulluq edilməlidir. Unutmamaq lazımdır ki, yayda istifadə edilən dəriyə qulluq vasitələri ilə qışda istifadə edilən fərqli olmalıdır.

Çalışın ki, soyuq havalarda dərinizə uyğun nəmləmdirici kremlərdən istifadə edəsiniz. 

Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səhər ac qarına kartof suyu içməyin faydaları

Quru dərilər tərkibində spirt olamayan lasyonlarla təmizlənməlidir.

Dəriniz yağlıdırsa, soyuğa daha davamlıdır. Buna görə də çalışmaq lazımdır ki, çox da yağlı kremlərdən istifadə edilməsin.

Qışda dəriniz qabıq verirsə, bunu tonal kremlə gizlədə bilməzsiniz. Əksinə tonal krem sürtərək daha pis görünməsinə səbəb ola bilərsiniz. Buna görə də qışda üzünüzə mütəmadi olaraq pilinq etməli və tərkibi zəngin kremlərdən istifadə etməlisiniz. Unutmayın qış aylarında gün işığı az olduğu üçün bu aylarda pilinq etdirmək daha məsləhətlidir.

Hava soyuq olanda isti duş almaq çoxunun ürəyincə olur. Amma unutmayın ki, soyuq havalarda 15 dəqiqədən artıq isti duş almaq lipid təbəqsini zəiflədir və dəridə təbii yağların yox olmasına səbəb olur.

Qışda əllərinizə də xüsusi qayğı göstərməlisiniz. Çünki soyuq daha çox üzünüzə və əllərinizə dəyir. Əllərin çatlamasının qarşısını almaq üçün mütəmadi olaraq əl kremlərindən istifadə etmək laızmdır.

Qış aylarında üzü və ya əlləri sabunla yumaq olmaz. Sabun dərini qurudur və çatlayıb, qabıqlanmasına səbəb olur. Qısacası, qış aylarında hər bir qadının əlinin altında spirtsiz lasyonlar, əl kremləri və nəmləndiricilər olmalıdır. Və bütün bunlarla yanaşı qidalanmağınıza da diqqət yetirməlisiniz.

Balıq, badam, püstə, alma, portağal, mandarin və s. mövsümü çərəzlərdən və meyvələrdən yemək məsləhət görülür.

Xəbər lenti
0