İsrail-Fələstin qarşıdurmasının qarşısını alan qadın kimdir?

© Sputnik / Игорь Носов / Mediabanka keçidГосударство Израиль
Государство Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzza sektorunda iğtişaşlar ABŞ prezidenti Donald Trampın ölkənin İsraildəki səfirliyini Qüdsə köçürmək qərarından sonra başlayıb

BAKI, 16 dekabr — Sputnik. Fələstinin Betləhəm şəhərində iğtişaşları yaşlı qadın dayandırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qadın qorxmadan İsrail hərbçiləri və etiraz edən, hərbçilərə daş, şüşə atan fələstinlilərin arasında dayanıb. Qadının bu hərəkətindən sonra kütlə dağılışıb. Qadın öz adını deməyib və jurnalistlərlə ünsiyyətdən imtina edib. Onun fələstinli və ya yəhudi olduğu bilinmir.

Qəzza sektorunda iğtişaşlar ABŞ prezidenti Donald Trampın ölkənin İsraildəki səfirliyini Qüdsə köçürmək qərarından sonra başlayıb. İğtişaşlar nəticəsində 4 nəfər həlak olub, 900 nəfərdən artıq insan isə yaralanıb.

Xəbər lenti
0