BAKI, 16 dekabr — Sputnik. Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayev külli miqdarda rüşvət aldığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan başqa, eks-nazir 130 milyon rubl məbləğində də cərimələnib.
Qeyd edək ki, Ulyukayev Rusiya tarixində rüşvət ittihamı ilə həbs edilən ilk federal nazir olub. İstintaqın araşdırmasına görə, o, "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon dollar rüşvət almaqda təqsirli bilinib.