BAKI, 16 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanların gələcək taleyindən danışıb. Sputnik Azərbaycan NTV telekanalına istinadən xəbər verir ki, o, Qüdsün itirilməsinin Mədinə və Məkkənin itirilməsinə gətirib çıxara biləcəyini deyib.
"Qüdsü itirsək, Mədinəni də qoruya bilməyəcəyik. Mədinə getsə, Məkkə və Kəbəni də itirəcəyik" deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu qərar bütün dünyada narazılıqla qarşılanıb. Fələstində başlanan etiraz aksiyaları nəticəsində isə artıq 10-dan çox adam ölüb.