CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu eynəyi taxıb hər şeyi bilmək olur

© REUTERS / Umit BektasPolis, jandarma və sahil təhlükəsizlik qurumlarının ilk dəfə birgə həyata keçirdiyi “Güvən Hüzur Türkiyə-3” əməliyyatı
Polis, jandarma və sahil təhlükəsizlik qurumlarının ilk dəfə birgə həyata keçirdiyi “Güvən Hüzur Türkiyə-3” əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Eynəkdən istifadə edən jandarm sürücülük və şəxsiyyət vəsiqələrini yoxlayıb

BAKI, 16 dekabr — Sputnik. Türkiyədə jandarm qüvvələrindən təqaüdə çıxmış bir qrup əsgərin və professorun proqramını təkmilləşdirdiyi "TAXTAP" eynəyi diqqət mərkəzindədir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, saniyələr içində üzü tanıyan və maşının markasını analizi edən eynək təhlükəsizlik xidmətləri üçün istehsal edilib.

Eynəkdən istifadə edən jandarm sürücülük və şəxsiyyət vəsiqələrini yoxlayıb.

Sürücülərin və vətəndaşların diqqətinə səbəb olan eynək vasitəsilə şəxslər haqqında axtarış qəraralarını, şəxsi məlumatları, sürücülük vəsiqəsi və pasport kimi məlumatları saniyələr ərzində polisə çatdırır. Məlumatlarda və ya avtomobil dövlət nömrə nişanlarında çatışmazlıq olduğunda eynək qırmızı işıqla istifadəçiyə xəbərdarlıq edir və şəxsin cinayətkar olduğunu, qayda pozduğunu və bütün məlumatlarını eynəyin ekranında göstərir. Əgər heç bir problem yoxdursa, eynəkdə yaşıl işıq yanır.

Eynək istifadəçisi eynəyin ekranını kompüter ekranı kimi görməklə yanaşı ətrafı da yaxşı görür və eynəklə telefon kimi səsli əlaqəyə də girmək də mümkündür.

Xatırladaq ki, hazırda bu eynəkdən Türkiyədə cəmi 20 ədəd istehsal edilib. Eynək tək-tək satılmır, ancaq xüsusi icazə ilə satılır, polis və jandarm əməkdaşları üçün nəzərdə tutulub.

Eynəyin istehsalçıları gələcəkdə onun geniş istehsalına başlamağı düşünür.


Xəbər lenti
0