BAKI, 16 dekabr — Sputnik. Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Mehmet Yavuz Yılmaz İstanbul Beykozdakı evində ölü halda tapılıb.
Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir. Məlumata əsasən, Yılmaz silahla vurularaq öldürülüb.
Polis Yılmazın özünü öldürməsi versiyasını da araşdırır.
Yavuz Yılmaz nişanlandığı aparıcı Neşe Sapmaz ilə 3 illik əlaqədən sonra ayrılmışdı. Yavuz Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə "CFS İstanbul Yatırım A.Ş" adlı şirkəti var idi.