BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın İrana qarşı sanksiyalarını qırdığına görə hazırda ABŞ-da məhkəməsi davam edən Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı Rza Zərrabla bağlı maraqlı məlumat yayılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimlərə psixoloji təsir etmək və söylədiyi hər ifadəyə inanmaları üçün Zərrab şirkətində çalışan bəzi işçiləri Mərakeş, Dubay və Hataydakı cadugərlərin yanına göndərib.
"İş adamının məqsədi prokuror və hakimlərə təsir edərək, özü haqqında müsbət qərar çıxarılmasına nail olmaqdır" — mətbuat yazıb.
Xatırladaq ki, Rza Zərrabın İstanbuldakı şirkətində çalışan 14 nəfər əməkdaş Nyu-Yorkda məhkəmə başlayan zaman həbs olunsa da sonra şərti azadlığa buraxılmışdılar.