BAKI, 15 dekabr — Sputnik. Amerikanın "F-22" qırıcısı Suriya səmasında Rusiya qırıcısı yaxınlaşan kimi insident rayonunu tərk edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbə qeyd edib ki, insident dekabrın 13-də baş verib: "Çayın şərq sahili istiqamətindən Rusiya təyyarələrinə F-22 qırıcısı yaxınlaşıb. İstilik siqnalları buraxan Amerika təyyarəsi "Su-25"lərə mane olub".
Bundan sonra hadisə yerinə Rusiyanın "Su-35C" təyyarəsi yaxınlaşıb və ABŞ "F-22"ləri oranı tələsik tərk ediblər.
Xatırladaq ki, bundan əvvəl "The Independent" qəzeti ABŞ qırıcılarının Rusiya qırıcılarını qovması barədə xəbər yaymışdı.