BAKI, 15 dekabr — Sputnik. 2017-ci ilin noyabr ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 52.988 müraciət daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması ilə bağlı 4431 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2427 müraciət daxil olub.
Qeyri-qanuni miqarsiya ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1434 qərar qəbul edilib. Onlardan 205-i Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması ilə, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub.
407 nəfər isə inzibati qaydada cərimə edilərək, ölkədən çıxarılıb.
Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən 23 nəfərin ölkəyə gəlişi məhdudlaşdırılıb.
Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 19 müraciət daxil olub.
Məlumata görə, bir ay ərzində DMX-nin "Çağrı mərkəzi"nə 9188 zəng daxil olub.