CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə nazirinin müavini ictimaiyyəti ehtiyatlı olmağa çağırdı

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kərim Vəliyev: "Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq"

BAKI, 15 dekabr — Sputnik. "Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev deyib.

© Photo : SalamNewsKərim Vəliyev
Kərim Vəliyev - Sputnik Azərbaycan
Kərim Vəliyev

O bildirib ki, ötən dəfə müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub: "Millət vəkili bir müddət öncə Tərtərdə problem olduğunu demişdi, mətbuat da bunu yazmışdı. Dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladım. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Ordu haqqında danışarkən həssas olmaq lazımdır".

Orduya ictimai nəzarət haqqında danışan nazir müavini deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşləri təşkil olunur: "Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-ə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar".

"Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir" — K.Vəliyev bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır: "Qüdrət Həsənquliyevin çıxışı konteksdən çıxarılaraq bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərinin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçdiyini araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi məlumdur. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır".

Xəbər lenti
0