SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkilindən etiraz: "Qurum nəzarətdən kənarda qalanda belə olacaq"

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
"Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin"

BAKI, 15 dekabr – Sputnik. "Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə parlamentin razılığı olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin: "Yəni Milli Məclis hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətin Milli Məclisdən kənarda qalmasını da yanlış hesab edirəm".

Xəbər lenti
0