Vüqar Bayramov: “Bazarda iqtisadi əsası olmayan qiymət artımının qarşısı alınmalıdır”
2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq mallarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb.
İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, manatın məzənnəsinin stabil qalmasına baxmayaraq inflyasiyanın iki rəqəmli olması istehlak bazarındakı qiymət artımları ilə bağlıdır:
“2018-ci ildə inflyasiya göstəricilərinin tək rəqəmli həddə saxlamaq üçün imkanlar var. Bunun üçün bazarda iqtisadi əsası olmayan qiymət artımının qarşısını almaq lazımdır”.