BAKI, 15 dekabr — Sputnik. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsinə çağırıldığı və ifadə verdiyi məlum olub.
© Photo : AzPolitikaEldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində
Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində
© Photo : AzPolitika
Sputnik Azərbaycan "AzPolitika"ya istinadən xəbər verir ki, keçmiş nazir bu dəfə oğlu Anar Mahmudovun biznesi və ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.
Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.