Dönər işinə girişmək istəyənlərə şad xəbər

© Sputnik / Murad OrujovПриготовление донера, фото из архива
Приготовление донера, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropada ət məhsullarına fosfat qatılması qadağan olsa da, ətin ləzzətini və suyunu qorumaq üçün istisnalar mövcuddur

BAKI, 14 dekabr — Sputnik. Hər kəs bilir ki, Avropada dönər işi ilə məşğul olanlar müsəlman ölkələrdən köçənlərdir. Dönər biznesində ən böyük pay sahibi isə heç şübhəsiz türklərindir.

Ötən ay Avropa parlamenti dondurulmuş dönər ətinə fosfat maddəsi qatılmasının ürəyə zərərli olduğunu açıqlayaraq sözügedən maddənin dönərə vurulmasına qadağa gətirən qanun layihəsini gündəminə salmışdı. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, layihə köhnə qitədə bu peşə ilə çörək pulu qazananlar arasında ciddi narahatlıq yaratmışdı. Ancaq dünən sevindirici xəbər verilib. Bir aylıq müzakirələrdən sonra dekabrın 13-də parlament qanun layihəsini gündəmdən çıxardığını elan edib.

Avropada ət məhsullarına fosfat qatılması qadağan olsa da, ətin ləzzətini və suyunu qorumaq üçün istisnalar mövcuddur.

Qeyd edək ki, təkcə Almaniyada dönər istehsalı ilə məşğul olanların sayı 110 min nəfərdir.

Xəbər lenti
0