BAKI, 15 dekabr — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərinin 54 yaşlı sakininin evində yarım milyard rubldan çox pul tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, pullar onun yatdığı divanın altında gizlədilib.
Pullar qanunsuz bank fəaliyyəti ilə bağlı cinayət işi çərçivəsində axtarış zamanı tapılıb. İstintaqın gəldiyi nəticəyə görə, ötən il Peterburqdakı 5 nominal kampaniya vasitəsilə 650 milyon rubl çıxarılıb.
Axtarışlar bir neçə ofis və mənzildə aparılıb. Onların çoxunda ancaq sənədlər tapılıb. Natalya adlı mühasibin yaşadığı mənzildə isə xəzinəyə rast gəlinib. Orada bir neçə yüz pul bağlaması aşkar edilib. Ümumilikdə isə mənzildə 605 milyon rubl olub.
Qadın işlə bağlı şahid qismində dindirilir. Çünki onun pulların çıxarılması işinə birbaşa aidiyyatı yoxdur.