BAKI, 15 dekabr — Sputnik. Bu gün səhər saatlarından etibarən paytaxtın Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı bir neçə marşrutun xətlərində dəyişiklik olub. Bu barədə Sputnik Azərbaycan-a "Bakubus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yol anidən hərəkət üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 saylı marşrut xəttlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
"Belə ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək "Azadlıq" metrostansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslarımız müvəqqəti olaraq hər iki istiqamətdə — Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edir" qurumdan bildirilib.