Tofiq Abbasov: “ABŞ-ın əsas düşmənləri Çin və Rusiyadır”
“ABŞ üçün əsas düşmənlər Çin və Rusiyadır”. Bunu “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə politoloq Tofiq Abbasov deyib.
“ABŞ-ın onlarla mübarizə aparması üçün İran və şiə faktoru maneə törədir. Buna görə də ABŞ İrana qarşı güc tətbiq edilməsinin tərəfdarı olaraq qalır. Müəyyən risklər ABŞ-ı İrana qarşı güc tətbiq etməkdən çəkindirir” — deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli ölkəsinin İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətində olduğunu bildirib.