ABŞ-dan yeni və təəccüblü "Qüds" açıqlaması

© AFP 2024 / MANDEL NGANReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət katibi keçən həftə mətbuata açıqlamasında ABŞ səfirliyinin Qüdsə köçürülməsinin 2 il çəkəcəyini bildirmişdi

BAKI, 15dekabr — Sputnik. "İsraildəki səfirliyimizin Təl-Əvivdən Qüdsə köçürülməsi tez-tələsik olan bir şey deyil". Sputnik Azərbaycan "New York Times"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson mətbuat konfransında deyib.

"Bu dərhal olacaq bir şey deyil. Azı üç il çəkə bilər. Hətta cənab Trampın prezidentlik dövrünə təsadüf etməyə bilər. Onun ikinci dəfə prezident olacağını indidən söyləmək çətindir" – Tillerson vurğulayıb.

Qeyd edək ki, dövlət katibi keçən həftə mətbuata açıqlamasında ABŞ səfirliyinin Qüdsə köçürülməsinin 2 il çəkəcəyini bildirmişdi.

Xəbər lenti
0