Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Banklar faiz qərarlarını açıqladılar

© Sputnik / Mihail Kutusov / Mediabanka keçidBanknotes and coins from all over the world
Banknotes and coins from all over the world - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün aparıcı ölkələrin Mərkəzi Bankları faiz siyasətlərini yenidən qiymətləndiriblər

BAKI, 14 dekabr — Sputnik. Bu gün aparıcı ölkələrin Mərkəzi Bankları faiz siyasətlərini yenidən qiymətləndiriblər.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Türkiyə Mərkəzi Bankı bugünkü iclasında faizləri artırıb. Mərkəzi Bank həftəlik repo faizini, borclanma faizini sabit saxlayıb. Gec likvidlik pəncərəsinin (GLP) borcvermə faizini isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb. İqtisadçılar GLP faizində 100 bənd artım ediləcəyini gözləyirdilər. Beləliklə, bazar məyus olub. Mərkəzi Bank uçot dərəcəsini 8%-də, faiz dəhlizinin aşağı və yuxarı faizini müvafiq olaraq 7,25 faiz və 9,25 faiz səviyyəsində saxlayıb. Dollar/TL qərardan sonra sərt yüksəlişlə 3.83-dən 3.89-a, avro/TL 4.53-dən 4.59-a qədər yüksəlib.

Böyük Britaniya Mərkəzi Bankı (BoE) bu gün keçirilən iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,5% səviyyəsində sabit saxlayıb. BoE noyabrın 2-də keçirilən iclasda uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə 0,25%-dən 0,5%-ə artırıb.

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş iclasında uçot dərəcəsinin hazırkı — 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. ECB-nin qərarı avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR məzənnəsi 1,1810-1,1830 səviyyəsində sabitləşib.

Xəbər lenti
0