BAKI, 14 dekabr — Sputnik. Türkiyənin Səhiyyə Nazirliyi yeni qanun layihəsi hazırlayıb. Parlamentə təqdim ediləcək həmin layihəyə əsasən, kino və seriallarda siqaret epizodlarına qadağa qoyulacaq. Sputnik Türkiyə xəbər verir ki, məqsəd əhalinin 32%-ni ağuşuna alan siqaret aludəçiliyinə qarşı mübarizəni gücləndirməkdir.
"Qadınlar və gənclər arasında günbəgün artmaqda olan siqaret aludəçiliyinin qarşısını almaq istəyirik. Bu səbəblə televiziya ekranlarından siqaret reklamlarını və görüntülərini tamamilə yığışdıracağıq" — nazirliyin açıqlamasında bildirilir.
"Filmlərdə tütündən istifadə təşviq edilməyəcək. Əgər hansısa kino və ya serialda elə epizod olarsa, o hissə kəsiləcək, göstərilməyəcək. Hədəfimiz 2023-cü ilə qədər siqaretdən istifadə nisbətini 25%-ə qədər azaltmaqdır" — məlumatda qeyd olunur.