İslam ölkələri hərəkətə keçir: səfirliklər Qüdsə köçürülür

© REUTERS / Ronen ZvulunВид на города Иерусалим, фото из архива
Вид на города Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: “Paytaxtı Şərqi Qüds olan Fələstinin tanınması üçün mübarizə aparacağıq”

BAKI, 14 dekabr — Sputnik. Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyan dövlətlər öz səfirliklərini məhz orada açacaqlar. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir məsələ ilə bağlı artıq işə başlanıldığını da vurğulayıb.

"Müstəqil Fələstin dövlətinin tanınması BMT qərarlarına uyğun gəlir. Paytaxtı Şərqi Qüds olan Fələstinin tanınması üçün mübarizə aparacağıq" – Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqlamasından sonra İslam Əməkdaşlıq Təşkilatı Türkiyənin təcili çağırışı ilə İstanbulda fövqəladə iclas keçirmişdi. Zirvənin yekun bəyannaməsində Şərqi Qüds Fələstinin paytaxtı olaraq tanınmışdı.

Xəbər lenti
0