BAKI, 14 dekabr — Sputnik. Ötən günlərdə "Altın kelebek" mükafatı alan Röya Ayxan sükutu pozub. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz "Instagram" səhifəsində bütün uğurlarının arxasında Azərbaycanın durduğunu yazıb.
"Hər bir uğurmun arxasında Azərbaycan durdu. Düzdür, bəzi söz-söhbətlər oldu. Amma gələn dəfə ölmüşləri diriltmək üçün alacağam. Allah hamınızı qorusun. Vallah, işsizlikdəndir, iş olsa, mən yadınıza düşmərəm. Allah ruzinizi bol eləsin" — deyə müğənni əlavə edib.