Sabahdan maşinistsiz qatarlar yola düşəcək

© Photo : Facebook / metroistanbulasİstanbulda metro qatarı, arxiv şəkli
İstanbulda metro qatarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Maşinistsiz qatarlar əvvəlcə Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək

BAKI, 14 dekabr — Sputnik. Türkiyədə maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də ilk dəfə olaraq xəttə buraxılacaq. Sputnik Azərbaycan bu barədə "Gazetevatan"-a istinadən xəbər verir.

Məlumatı İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal öz "Twitter" hesabında paylaşıb. O qeyd edib ki, bu qatarlar ilk əvvəl Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.

Bələdiyyə sədri sözügedən metro xəttinin açılışında prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin də iştirak edəcəyini bildirib.

Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti noyabr ayında uğurla sınaqdan keçirilib.

Xəbər lenti
0