BAKI, 14 dekabr — Sputnik. “Amerika hökuməti Rusiyanı Koreya Xalq Demokratik Respublika (KXDR) və İranla bir cərgəyə qoyur, bundan sonra da Moskvadan Pxenyan və Tehranla bağlı problemin həllini tələb edir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransında deyib.
Putin qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımır. Lakin prezident hesab edir ki, Qərb Pxenyanı silahlarla bağlı müqavilədən çıxmağa təhrik edir.
Onun fikrincə, KXDR Liviya və İraqın tarixində baş verənlərdən sonra başqa çıxış yolu görmür və özünü müdafiə edir. "ABŞ söz verir ki, təlimlər keçirməyəcək, amma sözünə əməl eləmir. Bundan sonra Pxenyan raketləri sınaqdan keçirir" – deyə Putin əlavə edib.
Putin onu da vurğulayıb ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi KXDR barədə hər şeyi bilmir: "Şimali Koreyanın bir raketinin buraxılması ciddi nəticələr doğura bilər".
O, bu arada ABŞ-ın KXDR ilə danışıqlara hazır olduğunu bildirib.