BAKI, 14 dekabr — Sputnik. Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayan jurnalist Kseniya Sobçak seçki şüarı olan "Protiv vsex" (Hamıya qarşı) sözlərinin yazıldığı plakatla Rusiya prezidenti Vladimir Putinin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransına qatılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Putin "Kseniya bütün iştirakçılara qarşı deyil ki?" – deyə rişxəndlə soruşub.
"Siz burada jurnalist kimi iştirak edirsiz, yoxsa yenə aldadaraq namizəd kimi gəlmisiz?" – deyə Putin Sobçaka sual verib.
Sobçak isə cavabında deyib ki, burada jurnalist kimi istirak edir.
O, Aleksey Navalnı haqqında sual səsləndirib. Putin isə cavab verib ki, Rusiyada Ukrayna ssenarisinin təkrarlanmasına yol verməyəcəklər.
"Müxalifət aydın başa düşülən, müsbət fəaliyyətləri əks etdirən proqramla çıxış etməlidir. Siz isə "hamıya qarşı" çıxırsız. Nə təklif edirsiz?" – deyə Putin soruşub.
O, həmçinin qeyd edib ki, əgər müxalifətin proqramı yoxdursa və o, hakimiyyətə gəlirsə, demək ki, Rusiyada da "maydan" olacaq və küçələrdə "Saakaşvili" qaçacaq.
Prezident əlavə edib ki, rusiyalılar hadisələrin belə inkişafını istəmir və deməli, buna imkan verməyəcək.