BAKI, 14 dekabr — Sputnik. Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunda polis əməkdaşı Oğuzhan Küpeli müəllim həyat yoldaşı Məryəm Küpelini tapança ilə vurub öldürəndən sonra intihar edib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, polis məmurunun evindən silah səsləri eşidən yaxınlıqdakı şəxslər polisə məlumat veriblər. Evə gələn polis qrupu Oğuzhan-Məryəm Küpeli cütlüyünün qan içində uzandığını görüblər.
Araşdırma zamanı Məryəm Küpelinin öldüyü məlum olub.
Oğuzhan Küpeli isə Suşehri Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meryem Küpeli Atatürk orta məktəbində müəllim işləyirmiş. Cütlüyün iki azyaşlı uşağı var.
Hadisənin səbəbləri araşdırılır.