BAKI, 14 dekabr — Sputnik. İsrailin milli kəşfiyyat naziri Yisrael Katz, Livanı təhdid edib. Sputnik Azərbaycan xəbər verir ki, Katz, bu ölkəni daş dövrünə geri qaytaracaqlarını söyləyib.
Kəşfiyyat başçısı ölkəsinin ən reytinqli qəzeti olan "Hareetz"-ə müsahibəsində deyib ki, İran Livanda raket istehsal edən baza yaratmağa çalışır: "İsrail onların hər addımından xəbərdardır. Hizbullaha nə cür yardımlar getdiyi, İranın Livandakı fəaliyyətləri, raket istehsalı və s. Hamısını bilirik".
"Əmin olsunlar ki, buna imkan verilməyəcək. Bu müharibə 2006-cı ildəki müharibədən qat-qat dəhşətli olacaq. Livanın bütün nöqtələri hədəf alınacaq. Bu ölkəni daş dövrünə geri qaytaracağıq" — nazir bildirib.
"Hizbullah düşünür ki, 2006-cı ildə qazandıqları zəfəri yenə qazanacaqlar. Yadınıza salım ki, o müharibə bizim üçün gəzinti xarakteri daşıyırdı. Qarşıdakı savaş isə elə olmayacaq. Suriyada İranın bazasını necə vurduqsa, Livanda ondan daha dəhşətlisini edəcəyik" — kəşfiyyat rəhbəri vurğulayıb.