CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur şairimizin oğlunu öldürənlərə hökm oxundu

CC0 / succo / hammerTərəzi və məhkəmə çəkici, arxiv şəkli
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

BAKI, 14 dekabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmətov, onun xuliqanlıqda təqsirləndirilən tanışları — Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda E.Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib.

© Photo : APAXalq şairi Fikrət Qoca
Xalq şairi Fikrət Qoca - Sputnik Azərbaycan
Xalq şairi Fikrət Qoca

P.Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib. R.Məmmədov son söz deməkdən imtina edib.

Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, E.Nehmətov 5 il, P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə E.Nehmətovun Y.Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə qəsdən adam öldürmə maddəsinə tövsif edilib.

Xəbər lenti
0