Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED uçot dərəcəsini daha üç dəfə artıracaq

Abunə olmaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25%-dək artıracaq

BAKI, 14 dekabr — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25%-dək artıracaq.

Sputnik Azərbaycan "APA-Economics"ə istinadla xəbər verir ki, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.

Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.

Qeyd edək ki, dekabrın 13-də FED uçot dərəcəsini 1,50%-dək artırıb.

Xəbər lenti
0