CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda möcüzə baş verdi: ovuc boyda uşaq doğuldu

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidPediatrik mərkəzdə körpə, arxiv şəkli
Pediatrik mərkəzdə körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və evə buraxılıb

BAKI, 14 dekabr — Sputnik. Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub. Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM) Sputnik Azərbaycan-a bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub.

Новорожденный ребенок с матерью, фото из архива - Sputnik Azərbaycan
Körpə uşağı vəhşicəsinə döyən dayə həbs edilib - VİDEO

Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da unikaldır. Çünki adı gizli saxlanılan ana artıq 8 ildir nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkirdi.

Artıq 28 yaşı olan qadın bir daha ana ola bilməyəcəyini düşünərək, özünü sonsuz sayırmış. Amma möcüzə baş verib. Hamilə qalan qadın RMDM-ə müraciət edib. Klinikada araşdırma zamanı müəyyən olunub ki, qadın yaxın qohumuna ərə gedib və çox ehtimal ki, döl düşmələrinin səbəbi də məhz bu faktdır.

Neantoloq Arzu Həsənovanın sözlərinə görə, hamiləliyin 32-ci həftəsində dünyaya gələn körpə dərhal retinopatiya riski ilə bağlı müayinəyə göndərilib, eşitmə qabiliyyəti yoxlanılıb və digər zəruri müayinələr keçirilib. Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və müalicəsi davam etdirilmək şərtilə RMDM-dən evə buraxılıb.

Qeyd edək ki, buna qədər, hamiləliyin 28 həftəsindən tez doğulan və çəkisi 1 kiloqramdan az olan uşaqlar ölü doğulmuş uşaq sayılırdı. Amma 2015-ci ilin yanvarından beynəlxalq normalara keçiləndən sonra hamiləliyin 22 həftəsində və 500 qram çəki ilə doğulan uşaqlar diri doğulmuş uşaq sayılır. Müasir tibb belə uşaqları normal çəkiyə çatdıraraq valideynlərinə qaytarmağa imkan verir.

Xəbər lenti
0